Paytaxtda avtobus kafeyə girdi

paytaxtda-avtobus-kafeye-girdi
Oxunma sayı: 656

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, gecə yarısı 133 saylı xətt avtobusu Binəqədi qəsəbəsində yoldan çıxıb və yol kənarındakı kafenin həyətinə girib. İlkin məlumata görə, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında baş verib.

İlkin məlumatlarda 10 TG 333 dövlət nömrə nişanlı avtobusun sürücüsünün sərxoş olduğu bildirilir.