Paytaxtda güclü partlayış oldu- Yenilənib

paytaxtda-guclu-partlayis-oldu-yenilenib
Oxunma sayı: 670

“Qaqfazinfo”nun məlumatına görə, xəbəri Suriya mətbuatına istinadən Livanın “The Daily Star” qəzeti yayıb. Suriyanın dövlət televizayası xəbər verib ki, ölənlər arasında mülki şəxsər və hərbçilər var.

İlkin versiyalara görə, terror aktını iki kamikadze törədib. Onlar təxminən eyni vaxtda partlayıcı qurğular yüklənmiş avtomobillə dövlət baş təhlükəsizlik idarəsinin qərargahına və bu təhlükəsizlik orqanına məxsus başqa bir binaya hücum ediblər.

-------
14.37
Suriyanın paytaxtı Dəməşq şəhərində iki güclü partlayış olub. “Qafqazinf”nun məlumatına görə, xəbəri yerli dövlət televiziyasına istiandən “France-Presse” agentliyi yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar o qədər güclü şəkildə baş verib ki, onu paytaxtın əksər rayonlarından eşitmək mümkün olub.

Partlayışlar dövlət baş təhlükəsizlik idarəsinin qərargahında və başqa bir binada baş verib. Hakimiyyət artıq elan edib ki, bu terror əməliyyatlarını “əl-Qaidə”nin kamikadzeləri törədiblər.

Ölənlər və yaralananların sayı barədə hələ heç bir məlumat yoxdur. Terror aktı insanların cümə namazında olduğu zaman törədilib. Bu səbəbdən də küçələrdə adamların sayı az olub.

Qeyd edək ki, dekabrın 23-də Ərəb Ölkələri Liqasının ilk müşahidəçiləri Suriyaya gəlib. Müşahidəçilər Suriyada baş verənlər barədə məlumatlar toplayacaqlar.