Paytaxtda “Volkswagen”lə “Vaz 2106” toqquşdu

paytaxtda-volkswagenle-vaz-2106-toqqusdu
Oxunma sayı: 686

Qəza zamanı “Volkswagen” markalı avtomobil əks istiqamətdə hərəkət olan “VAZ 2106” ilə toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. O hadisə şahidlərinin köməkliyi ilə bir saylı şəhər xəstəanasına çatdırılıb. Qəza baş verən zaman “Volkswagen”-in təhlükəsizlik yastıqları açıldığından digər sürücü hadisə anında xəsarət almayıb.

Hadisə yerində araşdırma aparan Nərimanov rayon dövlət yol polis şöbəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəza “VAZ 2106”-nın idarəetmənin itirilməsi nəticəsində digər nəqliyyat vasitəsinin yoluna çıxması səbəbindən baş verib.

Yol nəqliyyat hadisəsinin dəqiq səbəblərinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib.

ANS TV