Paytaxtda zəncirvari qəza baş verdi

paytaxtda-zencirvari-qeza-bas-verdi
Oxunma sayı: 672

Ötən gecə paytaxtın Nərimanov rayonu Akademik Həsən Əliyev küçəsində 3 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Lifan” markalı avtomaşının sürücüsü idarəetmənin itirilməsi nəticəsində yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bundan sonra “Lifan”ın sürücüsü avtomaşını arxaya hərək etdirən zaman avtomobil “Tofaş” markalı başqa bir avtomobilə də çırpılıb. Qəza zamanı avtomaşınlara ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.