Pənah Hüseyn aclığa başladı

penah-huseyn-acliga-basladi
Oxunma sayı: 660

Musavat.com-a verilən məlumata görə, bu gün saat 11.30 radələrində İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də aclıq aksiyasına qoşulub.

Qeyd edək ki, 5 gündür davam edən aclıq aksiyasının miqyası və əks-sədası günbəgün genişlənir. Ölkəmizə gələn xarici jurnalistlər aksiya iştirakçılarını ziyarət edir, onların tələbləri ilə tanış olur, söhbətlərini dinləyir.

Aksiyanın başlıca tələbi keçən ilin aprelində qanunsuz olaraq saxlanılan, əsassız ittihamlara mühakimə edilən, təqsir olduqları halda cəza çəkməyə məcbur edilən müxalifət fəallarının azad edilməsidir.