Pənah Hüseyn Fazil Mustafanın üzərinə yeridi

penah-huseyn-fazil-mustafanin-uzerine-yeridi
Oxunma sayı: 690

Əldə etdiyimiz məlumata görə, söhbət maraqlı və gərgin keçib, ancaq onun efirə verilməsində problem yaranıb. Musavat.com reportyorunun Pənah Hüseynə ünvanladığı müvafiq suala sabiq deputatın cavabı belə olub ki, ona debatın videoyazısının texniki səbəbdən efirə verilməsinin mümkün olmadığı barədə ANS-dən izahat verilib.

Xatırladaq ki, Fazil Musatafa və Pənah Hüseyn ANS-in yeni tok-şou layihələrindən biri olan "Açıq söhbət"in studiyasında görüşərək "Azərbaycanda müxalifət varmı" mövzusunda polemika aparıblar.

Debatda nələrin olub-bitdiyinə dair araşdırmalarımız davam edəcək, tərəflərdən dolğun informasiya almağa çalışacağıq.

***

“Açıq Söhbət” verlişində baş verənlərə dair təfərrüatlar 24saat.az-da dərc olunub.
Saytın xəbərinə görə, debatda mübahisə düşüb. Mübahisənin böyüyərək davaya keçməsinə səbəb isə Pənah Hüseynin tənqidlərinə cavab verə bilməyən millət vəkili Fazil Mustafanın tərəfdarlarının təhqirə keçməsi səbəb olub...

Jurnalist Samir İbrahimovun söhbətə yersiz müdaxilələr etməsi, jurnalistin tərəf kimi çıxış etməyə cəhd göstərməsi və həmçinin Fazil Qəzənfəroğlunun müxalifətçiləri Allahsız və dinsiz adlandırması Pənah Hüseynin çox sərt etirazına səbəb olub. 24saat.az xəbər verir ki, Pənah Hüseyn təhqirlərə etiraz elaməti olaraq studiyanı öz əqidə yoldaşları ilə birgə yarımçıq tərk edib.

ANS rəhbərliyinin jurnalist Samir İbrahimovu tənbeh etmələri belə Pənah Hüseyni sakitləşdirməyib. Pənah Hüseynin studiyaya qayıtmasını və verilişin davam etməsini xahiş edən ANS kanalının vitse-prezidenti Mirşahin Ağayevin cəhdləri isə uğursuz olub.
Ehtimal olunur ki, jurnalist Samir İbrahimov bu verilişə müxalifət eleyhinə yön verərək efirə vermək niyyətində olub.

Kanal rəhbərliyinin jurnalist Samir İbrahimovun bu məlum istəyinə münasibətinin necə olacağı isə bu gün saat 23-00-da ANS-in efirində görəcəyik. Qeyd edək ki, bu skandaldan sonra verilişin növbəti mövzusunun təhsillə bağlı olması qərara alınıb. Siyasətdən uzaq bir mövzu seçmək isə kanal rəhbərliyinin tövsiyələri əsasında baş verib.

***

Verilişin aparıcısı Samir (Turan) İbrahimov “Yeni Müsavat”ın əməkdaşına bəzi açıqlamalar verib. O deyib ki, debatda çox kəskin qalmaqal olub. Vəziyyət o həddə çatıb ki, Pənah Hüseyn Fazil Mustafanın üzərinə yeriyib. “Sizin debat başlayandan Fazil Mustafaya tərəfkeşlik etdiyiniz və Pənah bəyin həm də buna etiraz etdiyi bildirilir, doğrudurmu” sualına S.İbrahimov belə cavab verdi: “Mənim siyasi baxışlarım hər kəsə bəllidir. Verilişin efirə gedib-getməməsi və bu hadisə ilə bağlı məsələlər konkretləşmədiyinə görə, geniş açıqlamalar vermirəm. Məsələlər aydınlaşandan sonra gerçəklərlə, məsələnin kökündə dayananlarla bağlı geniş açıqlamalar verəcəyəm”.