“Pənah Hüseyn İran molla rejiminə mesaj verir” - Açıqlama

penah-huseyn-iran-molla-rejimine-mesaj-verir-aciqlama-
Oxunma sayı: 642

Bu təklif cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı “Qafqazinfo”ya açıqlamasında deyib ki, Pənah Hüseynin bu təklifini İran molla rejiminə açıq mesaj kimi xarakterizə edir: “Bilirsiniz ki, İranda Aşura günü dövlət səviyyəsində qeyd edilir. Çünki dövlət quruluşu İslami dəyərlər üzərində qurulub. Pənah bəyin bu təklifi birbaşa İran molla rejiminə açıq mesajdır ki, bizim hakimiyyətə gəlməyimizə dəstək verin və biz lazım gələrsə dünyəvilik məsələsinə də baxa bilərik, bizim hakimiyyətə gəlməyimizdən sonra siz üçün daha yaxşı olar. Bu təklifi təsadüf hesab etmirəm. Bu mesajı anlamaq üçün siyasətlə məşğul olmamaq da yetərlidir.”

Azərbaycan xalqının yüz illərdi Aşura gününü öz inacına uyğun şəkildə qeyd etdiyini deyən BAXCP funksioneri bu gün Azərbaycan-İran münasibətlərinin yaxşı olmadığına görə Pənah Hüseyn təklif verdiyini bildirdi: “Bu gün İran dövləti açıq və ya gizli şəkildə Azərbaycan dövlətinə qarşı təhdid siyasəti aparır. Və bunu Pənah Hüseyn də yaxı bilir. Bu məqamdan istifadə edib həm qeyd etdiyim kimi, İran rəsmilərinə müraciət etmək , həm də Azərbaycan da olan dini elektroatın yanında nüfuz qazanmaq istəyindən irəli gəlir. Pənah bəy uzun illərdir siyasətdə olan adamdır və o verdiyi bəyanatın məsuliyyətini bilir. Hesab edirəm ki, bu bəyanat da İctimai Palatanın rəhbəri olan İsa Qəmbərin də dəsti xətti var. İsa bəy Pənah Hüseynlə çox yaxın münasibətləri var. Bu onların birgə “layihəsidir”. Sonda onu da bildirim ki, çox təəssüf edirəm ki, milli azadlıq hərəkatının lideri, prezident Əbülfəz Elçibəy hökumətinin baş naziri məhz Pənah bəy olub. Çünki Əbülfəz bəy kimi bir insanın baş naziri “Aşura günü dövlət səviyyəsində qeyd edilməlidr” təklifini verməməli idi. Əbülfəz bəy sağ olsa idi, inanmıram bunlar bu təkliflə çıxış edərdi”.