Pənah Hüseyn partiya qərargahına hücum etdi - Yenilənib

penah-huseyn-partiya-qerargahina-hucum-etdi-yenilenib
Oxunma sayı: 630

X. Teyyublu qeyd edib ki, partiya funksionerləri onu başa salmağa çalışıb ki, KXCP demokratik mübarizə aparır və partiyaya qarşı hücum edərək məsələnin bu şəkildə çözülməsi yolverilməzdir: “Biz belə halları qəbul etmirik, başa düşmürük. Bu çox yanlışdır. Pənah bəylə danışıqlardan sonra onlar qayıdıb getdilər”.

Şöbə müdiri onu da vurğulayıb ki, P. Hüseyn KXCP-də olan zaman heç bir insident baş verməyib.

Hadisə haqqında P. Hüseyn də “Qafqazinfoya”ya açıqlama verib: “Mən getmişəm ora, çünki həmişə getdiyim partiyadır. Məsələni də müzakirə etmişik. Dedilər ki, söz bu mənada deyilməyib”.


Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Qafqazinfo”ya bildirib ki, onun mühafizəçisi və sürücüsünün Pənah Hüseynlə birgə KXCP-yə hücum etməsi doğru deyil: “Sadəcə olaraq mənim sürücüm və mühafizəçim Pənah Hüseyni KXCP-nin qərargahında maşından düşürüblər. Az sonra isə qərargaha daxil olaraq ondan soruşublar ki, “sizi gözləyək, yoxsa gedək”. Onların adının bu məsələdə hallanması sırf bununla bağlıdır”.

Qeyd edək ki, KXCP-nin sədr müavini Fikrət Cəfərov “Qafqazinfo”ya açıqlamasında P. Hüseynin ünvanına “kloun” ifadəsi işlədib.

Buna qədər isə P. Hüseyn F. Cəfərovun ünvanına ağır ittihamlar səsləndirərək “Hakimiyyət Fikrət Cəfərovun istefasının ümidinə qalıbsa, bu onun vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Çünki Fikrət Cəfərovun kim olduğunu yəqin ki, Azərbaycan ictimai-siyasi sferasının çox böyük qismi və kütlə bilmir”-deyib.

Fatimə Kərimli