Peyğəmbərin saçı Qroznıya gətirildi

peygemberin-saci-qrozniya-getirildi
Oxunma sayı: 675

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, onları dünən gecə radələrində İstanbuldan Qroznıya çatdırıblar. Çeçenistanın “Sivas” komitəsinin nümayəndəsi Qroznı aeroportunda jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, Türkiyədə çeçen diasporuı hədiyyəni Çeçenistanda ziyarətgaha təqdim etmək xahişiylə Ərdoğana müraciət edib: “Bir ay ərzində biz müsbət cavab aldıq və bu gün biz qiymətsiz hədiyyəni Qroznıya çatdırdıq”.

Bu münasibətlə Qroznının aeroport və küçələrində minlərlə insan yığışıb, onların arasında Çeçen lideri Ramzan Kadırov da olub. Ölkənin mərkəzi məscidində dini mərasim təşkil olunub.

Qeyd edək ki, bir həftə əvvəl Özbəkistandan daimi mühafizə üçün bura Məhəmməd peyğəmbərin digər bir saç teli gətirilmişdi.


Səidə