PJAK İranın bütün şərtlərini qəbul etdi

pjak-iranin-butun-sertlerini-qebul-etdi
Oxunma sayı: 670

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İran dövlət televiziyasının xəbərində İnqilab Keşikçiləri quru qoşunları komandanı Abdullah İraki iyul ayından başlayan əməliyyatların nəticəsində 180-dən çox PJAK terrorçusunu öldürdüklərini deyib. İraki terrorçuların ağır itki verərək İran torpaqlarını tərk etdiklərini deyib.
Terrorçuların sərhəddən 1 km aralı çəkilmək və hücum etməmək də daxil olmaqla İranın bütün şərtlərinin qəbul etdikləri xəbər verilir. İraki bölgənin tamamilə terrorçulardan təmizləndiyini deyib.
İranlı hərbçi terrorçuların xarici qüvvələr tərəfindən silahla təchiz edildiklərini bildirib. İranın İnqilab keşikçiləri ölkənin şimal-qərb sərhədində 16 iyulda terrorçulara qarşı əməliyyat başlatmışdı. Ramazan ayı müddətində ara verilən əməliyyatlar bayramdan sonra yenidən davam etdirilirdi.