PKK-çılar bir-birini “qırır”

pkk-cilar-bir-birini-qirir
Oxunma sayı: 682

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hakkarinin Çukurca qəsəbəsində 24 əsgərin şəhid olduğu basqınlardan sonra Türkiyə Silahlı Qüvvələrnin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı çoxlu sayda PKK terrorçusu öldürülüb. PKK əməliyyatlarda öldürülən 12 nəfəri qadın olmaqla 35 terrorçunun adını açıqlayıb.
Əməliyyatlardan sonra yayılan kəşfiyyat məlumatlarında terror təşkilatının rəhbərliyi arasında münaqşə baş verib. Bölgədə qeyd edilən gizli ratsiya danışıqlarından məlum olur ki, əməliyyatlardakı itkilərə görə Zozan Çevlik “Bahoz Ərdal” ləqəbli suriyalı Fehman Hüseyn və “Abbas” ləqəbli Duran Kalkanı ittiham edib. Zozan Çevikin bu ittihamları qaşısında hər iki şəxsin susduğu ortaya çıxıb.