PKK-da qadınlarla kişilər bir-birinə dəydi

pkk-da-qadinlarla-kisiler-bir-birine-deydi
Oxunma sayı: 684

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib. Ancaq öldürülən terrorçular arasında 25-ə yaxın qadın olması terror təşkilaında qadın qovğası başladıb.
PKK-ının qadın təşkilatına məsuliyyət daşıyan terrorçu Zozan Çevlik təşkilatın kişi rəhbərliyinə qarşı hücuma keçib. PKK-lı Zozan Çevlik Kazan vadisindəki əməliyyatlardan sonra ratsiya danışıqlarında “təcrübəsiz yoldaşların ölümünə görə siz məsuliyyət daşıyırsız” deyərək Fehman Hüseyn və Duran Kalkana müracət edib.
Terrorçu Zozan Çevlik “3 ayda verdiyimiz yoldaşların itkisi 30 ilin itkisindən çoxdur”, -deyə PKK-nın kişi rəhbərliyini ittiham edib.
Terrorçu qadınlar qaşısında çıxış etmək istəyən Duran Kalkanı terror düşərgəsinə buraxmayıblar. Zozan Çelikə qəzəblənən Duran Kalkan, “bunun cavabını verəcəksən” deyərək, mühafizəçiləri ilə geri dönüb.