PKK tərəfdarları telekanala basqın etdi

pkk-terefdarlari-telekanala-basqin-etdi
Oxunma sayı: 674

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, televiziya binasına girən qadın və kişilərdən ibarət təxminən 30 nəfərlik qrup bir çəkiliş zalını işğal edərək terror təşkilatı lehinə plakatlar asıb. Hadisədən sonra polisin binanın ətrafında geniş təhlükəsizlik tədbirləri gördüyü xəbər verilir. PKK tərəfdarları RTL-in aktual proqramlarında tələblərinə yer verilməsini və Öcalan haqqında veriliş hazırlanmasını tələb edib.
Hücum edənlərin avtobusla polis idarəsinə aparıldığı xəbər verilir.
Almaniyanın xarici işlər naziri Qido Vestervelle PKK tərəfdarlarının televiziya kanalına basqın etmələrini sərt şəkildə pisləyib. Xarici işlər naziri həmçinin Avropa Birliyi və Almaniyanın PKK-nı terror təşkilatı kimi tanıdığını və bunu Türkiyəyə açıq şəkildə bəyan etdiyini deyib.