Polad Alemdar geri döndü - Video

polad-alemdar-geri-dondu-video
Oxunma sayı: 703

43 saniyəlik kadrlardakı aksion səhnələri filmin yeni mövsümdə də tamaşaçılarına həyəcanlı anlar yaşadacağından xəbər verir. Yeni mövsümdə istedadlı aktyor Hakan Boyav da filmin aktyor heyətinə qatılır. Tamaşaçıların “Xanım Çiftliyi” serialında berber Rəşid obrazı ilə tanıdığı aktyor “Vadi”də Qara roluyla Polad Alemdara qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan tamaşaçıları “Kurtlar Vadisi Pusu” serialını peyk antena vasitəsilə, habelə kabel televiziyası istifadəçiləri “KATV1”-in eyni adlı kanalından sadəcə serialın nümayişi vaxtı izləyə biləcək.

Tamaşaçıların tələblərini nəzərə alan “B&B” TV isə artıq sentyabrın 5-dən etibarən Rusiyanın “365 dney” kanalını Türkiyənin “TNT” kanalı ilə əvəzləyib.

Kur.flv