Polad Alemdardan Əbülfəz Elçibəylə bağlı möhtəşəm açıqlama – Video

polad-alemdardan-ebulfez-elcibeyle-bagli-mohtesem-aciqlama-video-
Oxunma sayı: 869



Bütün dünyada məşhur olan “Kurtlar vadisi” serialının baş qəhrəmanı Polad Alemdar (Necati Şaşmaz) Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında sensasion açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, filmin qəhrəmanı yazete.com saytına verdiyi müsahibəsində Azərbaycandan olan izləyicilərin suallarını cavablandırıb. O, Azərbaycana səfərlərindən sonra Xocalı soyqırımından bəhs edən film çəkəcəkləri ilə bağlı yayılan informasiyalara bir daha aydınlıq gətirib. Polad Alemdar deyib ki, belə bir film çəkmək istəsələr də, hələlik konkret iş ortada yoxdur.

Film qəhrəmanı hazırda Azərbaycana aid kitablar oxuduğunu, ölkənin sabiq prezidenti Əbülfəz Elçibəy haqqında oxuduqca onu daha çox sevdiyini deyib: “Əbülfəz Elçibəyi daha çox sevməyə başladım. Mən açıq deyərdim ki, onun obrazını canlandırmaq, filmdə oynamaq istəyirəm” .

PolatAlem.flv