Polis adam baltaladı

polis-adam-baltaladi
Oxunma sayı: 652

Polis baş serjantı ağır cinayət törədib. Bakının Yasamal rayonunda polis əməkdaşı ağır cinayət törədib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nərimanov Rayon Mühafizıə İdarəsinin əməkdaşı, 38 yaşlı polis baş serjantı Şirvan Qurbanov Dillər Universitetinin 2 saylı yataqxanasında 50 yaşlı İbad Cəfərovu baltalayıb.

Qolundan xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.