Polis başı kəsilmiş 49 meyit tapdı

polis-basi-kesilmis-49-meyit-tapdi
Oxunma sayı: 674

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən məlumatına görə, meyitlər Amerka sərhədi yaxınlığında Monterrey şəhərində yol kənarında tapılıb. “France-Presse” agentliyi xəbər verir ki, cinayətkarlar meyitlərin başından əlavə, barmaqlarına da kəsiblər, iz götümək mümkün olmasın.

Meyitlərin qalıqları qara sellofan paketlərdə olub.
Nuevo-Leon ştatının ictimai təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, meyitlərdən 43-ü kişi, 6-sı qadındır.

Ekspertlər müəyyən ediblər ki, meyitləri tapılmış insanlar 48 saat əvvəl qətlə yetiriliblər. Mütəxəssislərin qənaətnə görə, cinayətkarlar öz qurbanlarını başqa yerdə öldürüb, sonra yük maşınlarında yol kənarına atıblar.

Polis meyitlərin yanında “Zetas” adlı dəstəni simvolizə edən “Z” hərfinin qraffitini tapıblar. Hakimiyyət orqanları hesab edir ki, öldürülənlər narkomafiyanın qurbanlarıdır.