Polis bədənini satan qadınlardan dəhşətə gəlir

polis-bedenini-satan-qadinlardan-dehsete-gelir
Oxunma sayı: 919

“Qafqazinfo”nun məlumatına görə, Afinada nəşr olunan həftəlik “Proto Thema” qəzetində maddi ehtiyaclarını ödəmək üçün çoxlu sayda ev qadını və universitet tələbələrin fahişəliyə qurşandığı yazılıb. Qəzet materialnıda qeyd olunur ki, Afinada hər gecə çoxu ev qadını olan 3 min yunan, müştəri “ovuna” çıxır.
“Yunanıstda küçələrdəki qadınlardan başqa, internet vasitəsilə da müştəri axtaran çoxlu sayda universitet tələbəsi və bədənini satmaq istəyən qadın var”, -deyə qəzet məqaləsində yazılır. Qəzet daha bir təhlükəli məsələyə diqqət çəkərək yazır ki, bu qadınlaın əksəriyyəti insanların sağlamlığını da böyük təhlükə altında qoyurlar.
Qəzetə açıqlama verən yüksək vəzifəli bir polis məmuru deyib ki, uşaqlarına baxa bilməyən qadınların gizlicə küçələrə çıxıdğını görmək dəhşətli haldır.
Yunanıstanda fahişəliklə bağlı yeni qanuna görə, sadəcə, bədənlərini satdıqları üçün hadisə yerində yaxalanan qadınlar məhkəmə qərarı ilə cərimə edilir.