Polis ev oğrularını tutdu

polis-ev-ogrularini-tutdu
Oxunma sayı: 665

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, araşdırma zamanı müəyyən edilib ki, F.Nəzərəliyev Şamaxı rayon sakini Ramil Alıyevlə birlikdə mayın 17-də Albalılıq massivində yaşayan Rüstəm Cabbarovun evindən pəncərədən keçməklə televizor, DVD, kompyuter, yataq dəsti və sentyabrın 2-dən 5-dək olan müddətdə Bakı şəhər sakini Hicran Əsgərova məxsus Albalılıq bağ massivində yerləşən bağ evindən pəncərədən keçmə yolu ilə 500 manat, qızıl-zinət əşyası, noutbuk, DVD, kondisioner, məişət əşyaları oğurlayıblar. Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Alıyev sentyabrın 6-da yaxalanıb.

Onların ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində martın 27-də Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yaşayan İntizar Əsgərovun mənzilindən qapını sındırma yolu ilə 15 min manat, mayın 19-da İ.İbrahimov küçəsində yaşayan Südabə Heydərovanın, iyulun 1-də Binə qəsəbə sakini Sirac Dadaşovun, iyulun 19-da Buzovna qəsəbəsi Neftçilər küçəsində yaşayan Nuriyyə Yusibovanın mənzillərindən qızıl-zinət əşyaları, avqustun 4-də isə Binə qəsəbəsində yaşayan Fikrət İsmayılovun mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 3000 manat, noutbuk və qızıl-zinət əşyaları oğurladıqları məlum olub.