Polis futbol federasiyasına hücum etdi

polis-futbol-federasiyasina-hucum-etdi
Oxunma sayı: 680

Buna səbəb kimi isə federasiyanın 3 hakiminin vergidən yayınması göstərilir. 2009-cu ildə idarə etdikləri yoldaşlıq oyunlarından aldıqları məbləğin vergisini ödəməkdən yayınan 3 hakim istintaqa cəlb olunub.

Bu barədə açıqlama verən AFF-nın baş katibi Volfqanq Niersbax bütün günahın hakimlərin özlərində olduğunu bildirib: "Polisin istədiyi bütün sənədləri verdik. Yoldaşlıq oyunundan sonra aldıqları məbləğin vergisindən yayınmaları onların öz günahıdır. Bunun AFF-ya heç bir aidiyyatı yoxdur".

AFF rəsmi internet saytı da bu məsələyə belə münasibət bildirib: "Vergidən yayınmaq onların öz səhvləridir. Əgər hakimlikdə hər hansı bir nöqsana yol versəydilər, onlara cəza tətbiq edərdik. Lakin bu vəziyyətdə isə onlara heç bir cəza verməyi düşünmürük".