Polis hələ də sevgilisini döyərək saçını kəsən oğlanı axtarır

polis-hele-de-sevgilisini-doyerek-sacini-kesen-oglani-axtarir
Oxunma sayı: 666

Binəqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, onun işinə əlavə olaraq polisə müqavimət göstərdiyi üçün Cinayət Məcəlləsinin 315-ci maddəsi də əlavə edilib.

Qeyd edək ki, hadisənin əsas iştirakçısı Cahangir Dövlətov həmin video yayılan zaman saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Lakin C.Dövlətov istintaqa vaxtında gəlib-getmədiyi üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub.

Bir müddət əvvəl C.Dövlətov sevdiyi qızın (K.M) mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. C. Dövlətov xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K.M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan C. Dövlətov qızın başını qırxıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanıb.

Həmin videonu bir daha təqdim edirik.