Polis məmurunu qətlə yetirən şəxs edam edildi

polis-memurunu-qetle-yetiren-sexs-edam-edildi
Oxunma sayı: 653

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən əldə etdiyi məlumata görə, Devis dünən edam edilib.
Vəkillərinin haqqında sübutların yanlış olduğunu iddia etdikləri Devisin həyatına Corcia ştatındakı bir həbsxanada zəhərli iynəylə son verilib.
Devis 1989-cu ildə bir polis məmurunu öldürməsi ittihamı ilə 1991-ci ildə edam cəzasına məhkum edilmişdi.
Avropa Şurasının ABŞ hökumətinə dünənki müraciətində ölüm hökmünün icrasının dayandırılmasını istəmişdi. Edam cəzasının “qeyri-insani” olduğu və bu hökmün Avropa Şurasına üzv olan bütün ölkələrdə aradan qaldırıldığını xatırladan müraciətdə bütün ştatlarda ləğv edilməsi tələb olunurdu.
Edamı əvvəllər üç dəfə təxirə salınan Devisə verilən cəzanın dayandırılması üçün edilən son etiraz Ali Məhkəmə tərəfindən rədd edilmişdi.