Polis narkotik satarkən tutuldu

polis-narkotik-satarken-tutuldu
Oxunma sayı: 662

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhqiqatlar İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyat tədbirləri nəticəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Müşfiq Əkbərov 6,283 qram heroini satarkən tutulub.