Polis qəzetin redaksiyasına basqın etdi

polis-qezetin-redaksiyasina-basqin-etdi
Oxunma sayı: 644

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, media maqnatı Rupert Mördakın sahibi olduğu "News Corporation" qrupuna aid olan və İngiltərənin ən çox tirajlı tabloidi sayılan "Sun" sensasyon xəbər məqsədiylə polisə rüşvət verməkdə ittiham edilir. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, həbs edilən jurnalistlər qəzetin xəbər müdiri, redaktoru və keçmiş redaktoru və keçmiş redaktor müavinidir.

Polis əməliyyatın "News Corporation" şirkətinin verdiyi məlumatlar əsasında keçirildiyini açıqlayıb. Mətbuat isə əməliyyatın "Sun" qəzetinin "The Sun on Sunday" adlı bazar qəzeti çıxarmağa hazırlaşdığı dövrdə keçirilməsinə diqqət çəkir. "Sun" qəzetinin keçmiş redaktoru Rebeka Brok daha əvvəl parlamentdə verdiyi ifadədə polisə xəbər mənbəyi kimi pul ödədiklərini söyləmişdi. İngiltərədə keçən il ortaya çıxan qanunsuz telefon dinləmələri skandalının istintaqı çərçivəsində indiyə qədər 28 nəfər həbs edilib, onlardan ikisi birbaş, 26-sı isə şərti azadlığa buraxılıb.