Polis rəisi müavinin oğlu intihar etdi

polis-reisi-muavinin-oglu-intihar-etdi
Oxunma sayı: 951

“Qafqazinfo”nun məlumatına görə, rayon Pois İdarəsinin rəis müavini Rasim Abbasovun oğlu Orxan Abbasov özünü güllələyərək öldürüb. Məlumata görə, Orxanın özü də polisdə işləyib. İntihara səbəbin ailədaxili münaqişənin səbəb olduğu ehtimal edilir. O. Abbasovun 25 yaşı olub. Mərhum bu gün dəfn edilib.

R. Abbasov isə uzun müdətdir daxili işlər orqanlarında işləyir. Hazırda Biləsuvar rayonunun polis rəisinin əməliyyat işləri üzrə müavinidir.