Polis rəisinin oğlu qadın zorlayıb

polis-reisinin-oglu-qadin-zorlayib
Oxunma sayı: 693

Şəhər polisinin komissarı Qreq Kellinin oğlu Raymond Kellini şəhər sakini günahlandırıb. "Associated Press"in məlumatına görə, ittihamlara baxmayaraq kiçik Kelli günahının olduğunu təkzib edir.

ABŞ mətbuatının məlumatına görə, teleaparıcı olan polis rəisinin oğlunun zorakılığından zərər çəkən qadının 30-a yaxın yaşı var. Ancaq onun adı açıqlanmır. Qadının sözlərinə görə, o, Kelli ilə küçədə tanış olub. Birlikdə kofe içdikdən sonra onlar Kellinin çalışdığı ofisə gediblər. Məhz burada da teleaparıcı onu zorlayıb.

Lakin buna baxmayaraq, ikili arasında münasibət bir müddət davam edib. Bir müddət sonra qadının sevgilisi baş verən zorlamadan xəbər tutub və ictimai tədbirlərdən birində komissar Reymond Kelliyə yaxınlaşaraq oğlunun əməlindən danışıb. Polis rəisi isə ona rəsmi ərizə yazmağı məsləhət görüb.

Hadsə bir müddət öncə baş versə də, qadın təzəliklə bacısı ilə polisə gələrək Qrek Kelli tərəfindən zorlanması haqqında məlumat verib.

anspress