Polis Sarkozinin evində axtarış apardı

polis-sarkozinin-evinde-axtaris-apardi-
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Fransız Xəbər Agentliyi xəbər yayıb. N. Sarkozinin evinin və ofisinin, öncəki seçkilərdə “LOreal” kosmetika şirkətinin sahibi Liliane Betancourtunun keçmiş prezidentin partiyasına “qeyri-qanuni maliyyə dəstəyi təmin etdiyi” barədə açılan istintaq işi çərçivəsində axtarıldığı bildirilib. Sarkozi açıqlamalarında partiyasının “LOreal” şirkətinin sahibindən seçki kampaniyası sırasında üsulsuz bir şəkildə pul aldığı haqda iddiaları rədd edib.