Politoloq: “Rusiya özünü Azərbaycanın sahibi hesab edir”

politoloq-rusiya-ozunu-azerbaycanin-sahibi-hesab-edir
Oxunma sayı: 714

Bunu “Qafqainfo”ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Onun sözlərinə görə, Rusiyanın mövqeyi dəyişilməzdir, işğalçı Ermənistanı dəstəkləyir: “Rusiya özünü Azərbaycanın sahibi hesab edir. Bəlkə indiki Rusiya Azərbaycanı onlara bağışlamağımızı istəyir?”.

Politoloq buna görə də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşündə razılıq əldə olunmayacağını vurğulayıb. Quluzadənin sözlərinə görə, biz indi yalnız gözləməliyik: “Rusiya parçalanmağa doğru gedir. Biz də gözləyirik ki, Rusiya parçalansın, torpaqlarımızı işğaldan azad edək”.

Nərgiz Ehlamqızı