Politoloq: “Türkiyə bu sürətlə də getsin”

politoloq-turkiye-bu-suretle-de-getsin
Oxunma sayı: 646

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, nə dövlət daxilində, nə də seçkiyə nəzarət edən dünya ölkələrinin müşahidəçiləri seçki prosesi ilə bağlı narazılıq bildirməyib. Politoloq qeyd edib ki, artıq Türkiyə iqtisadiyyatı, təhsil və səhiyyəsində böyük inkişaf var. Quluzadə bildirib ki, ona görə də türk xalqı daha yaxşı yaşamağa başlayıb. O, baş nazir Rəcəb Tayyib Ərdoğanın konstitusiyaya dəyişiklik etmək istədiyini deyib: “Çünki dövlət çevirilişi nəticəsində hakimiyyətə gələnlər bu konstitusiyanı irəli sürmüşdülər. Ərdoğan hesab edir ki, konstitusiyaya dəyişiklik etmək lazımdır”.

Politoloq Türkiyənin Yaxın Şərqdə, eləcə də müsəlman aləmində lider dövlətə çevrildiyini deyib. Quluzadə beynəlxalq ictimaiyyətin, eləcə də ABŞ, NATO-nun Türkiyəni ərəb dövlətlərinə nümunə göstərdiyini söyləyib: “Dünyəvi partiyalar deyir ki, Ədalət və İnkişaf Partiyası islami köklərə dayanıb. Amma bu dəfə Milliyyətçi Hərəkat Partiyası da çox səs toplayıb. Bu da inkişafdır, MHP əvvəlki kimi parlamentdə təmsil olunacaq”.

Türkiyənin Azərbaycana dayaq ölkə olduğunu vurğulayan Quluzadə Azərbaycanın Türkiyəyə böyük ümidlər bəslədiyini bildirib: “Canımız, qanımız bir olan xalqdır, millətpərvər biri kimi Türkiyənin seçki prosesindəki bu nəticəyə sevinirəm. Türkiyə bu sürətlə də getsin”.

Nərgiz Ehlamqızı