Portuqaliya yığması yarımfinalda

portuqaliya-yigmasi-yarimfinalda
Oxunma sayı: 651

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk oyunda Çexiya ilə Portuqaliya üz-üzə gəlib.

İlk hissədə hesab açılmayıb. İkinci hissədə hücumlarını artıran Portuqaliya yığması 79-cu dəqiqədə istəyinə çatıb. Kriştiano Ronaldo gözəl baş zərbəsi ilə komandasına qələbə gətirib - 1:0.
Beləliklə, Portuqaliya yığması Avro 2012-nin ilk yarımfinalçısı adını qazanıb. Çexiya isə turniri tərk edib.

Çexiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 79
Baş hakim: Hovard Uebb (İngiltərə).

Varşava. Milli stadion
Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman, Pilar, Jiraçek, Darida, Baroş

Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş, Nani, Ronaldo, Poştiqa


Ceyhun Əhmədov