Pozğun din xadimləri istintaqa cəlb olundu

pozgun-din-xadimleri-istintaqa-celb-olundu
Oxunma sayı: 667

“Hazırda 4 000 keşiş barəsində azyaşlılara qarşı törətdiyi seksual xarakterli hərəkətlərə görə istintaq başlatmışıq”. Bunu Vatikanda dünyanın bir çox ölkəsindən 100 din xadiminin iştirakı ilə keçirilən konfransda Kardinal Cozef Uilyam Levada deyib. Kardinal son 10 ildə uşaqlara qarşı seksual hərəkətlər edən keşişlərin sayında çoxalma olduğunu deyib. “Son 50 ildə 3 000, son 10 ildə 4 000 belə hadisənin qeydə alınması çox dramatikdir. Papa 16-ci Benedikt təcavüzə məruz qalanlara kömək etmək, dəstək vermək istəyir”.

Kardinal Levada pedofil keşişlərin açıqlanmasının və Vatikana şikayət edilməsinin katolik kilsəsinin vəzifəsi olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl 65 yaşlı irlaniyalı keşiş Mari Kollinz 13 yaşında bir rahib tərəfindən zorlandığını, illərdir başına gəlmiş bu hadisənin təsirində qaldığını demişdi.

anspress