Prezident 4 milyon manat ayırdı

prezident-4-milyon-manat-ayirdi
Oxunma sayı: 676

“Qafqazinfo”nun Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda deyilir: “Siyəzən və Şabran rayonlarında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) uğurla yerinə yetirilir. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmişdir.
Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Siyəzən və Şabran rayon İcra Hakimiyyətlərinin hər birinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.