Prezident ad gününün keçirilməsini qadağan etdi

prezident-ad-gununun-kecirilmesini-qadagan-etdi
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, bu xəbəri Rusiyada nəşr olunan “Kommersant” qəzeti yayıb. Kadırov hökumət üzvlərinə müraciətində “mənim doğum günüm üçün əvəllər də təbriklər olmayıb, bundan sonra da olmayacaq. Belə qeyd olunmalar harada olsa, qadağa edirəm”, deyib.
Çeçenistan prezidenti ad günü münasibətilə ona hədiyyə vermək həvəsində olanları qovacağı ilə bağlı xəbərdarlıq edib.
Oktyabrın 5-də ad günü ilə bağlı xüsusi buraxılış nəşr edilməsini də qadağan edən Kadırov, həmin gün Qroznının şəhər gününün bayram ediləcəyini bildirib.
Kadırov deyib ki, oktyabrın 5-də yeni ticarət kompleksnin açılışında iştirak edəcək. Qroznıdakı açılış mərasimində Şakira və skripkaçı Vanessa Maenin konsert verəcəkləri də gözlənilir.