Prezident Administrasiyası qarşısında aksiya

prezident-administrasiyasi-qarsisinda-aksiya
Oxunma sayı: 655

Bakıda mənzil fırıldağının qurbanı olan bir qrup vətəndaş yanvarın 18-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar əsasən "GEN", "Kamran" və “Birlik” MMC şirkətlərinin aldatdıqları alıcılar olub. Aksiya saat 11 radələrində başlayıb və təxminən bir saat davam edib.
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, etiraz edənlər əllərində "Korrupsiyaya son!", "Evlərimizi qaytarın!", "Şərurlu İsfəndiyara ölüm!", “Prezident, bizi eşit!”, “Prezident, evimizi qaytar!” kimi şüarlar tutublar. Polis aksiya iştirakçılarını ərazidən kobudluqla uzaqlaşdırıb, onların əllərindəki şüarları alıb. Polis müdaxiləsi zamanı aksiyaçılardan bir nəfər qadının ürəyi gedib, əraziyə təcili tibbi yardım çağırılıb.
Etiraz aksiyaçıları rəsmilərdən birinin onları qəbul etməsini istəsə də, Prezident Administarsiyasından onların qarşısına ümumiyyətlə çıxan olmayıb.
Bundan sonra şikayətçilər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına yürüş ediblər.

azadliq.info