Prezident and içdi

prezident-and-icdi
Oxunma sayı: 683

Andiçmə mərasimi paytaxt Bişkekdə milli filarmoniyanın binasında keçirilib. Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkisində səslərin 62 faizini toplayaraq, 15 rəqibini geridə qoyub.

Qırğızıstanın yeni prezidenti ölkənin ən uzunömürlü və məşhur Sosial-demokratlar partiyasının lideridir. Son parlament seçkisində səs çoxluğu qazanan partiyanın lideri olduğu üçün Almazbek Atambayev baş nazir vəzifəsinə təyin edilib, bu gün isə səlahiyyətlərini təhvil verərək, prezident kürsüsünə əyləşib. Avtomatik olaraq, parlament yeni koalisiya yaratmalı olacaq ki, bu koalisiya da yeni baş naziri seçəcək.

Məhz Almazbek Atambayevin liderliyi ilə Sosial-demokratlar 2005-ci ildə Əskər Akayevin, 2010-cu ildə isə Kurmanbek Bakiyevin devrilməsində fəal iştirak etmişdi.

ANS PRESS