Prezident Aparatının qarşısında aksiya oldu

prezident-aparatinin-qarsisinda-aksiya-oldu-
Oxunma sayı: 683

Hadisə yerində olan “Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunun verdiyi məlumata görə, zərəçəkənlər Baklı Şəhər İcra Hakimiyyətinin onları yalan vədlərlə aldatmasından da şikaytçidirlər.

Reportyorumuzun bildirdiyinə görə, təxmijnən 100-ə yaxın GEN MMC qurbanı Filarmoniya bağında toplaşıblar, Səbayil rayon Polis İdarəsinin əməkdaşalrı onları dövrəyə alıb: "Əllərində müxtəlif plakat və transparantlar tutan aksiyaçılar Prezident Sarayına doğru yürüş etmək istədikdə polis onlara sərt şəkildə mane oldu. Daha sonra zərərçəkənlərin təmsilçiləri, 5 nəfər PA-ya getdi.
GEN MMC mağdurları musavat.com-a bildiriblər ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezidentin tapşırığını yerinə yetirmir: " "Muray" və Gen MMC zərrəçəkənlərinə Yasamalda 20 hektar ərazi ayrılıb. Orada bizə ev tikilməlidir. Abutalıbov isə bizi get-gələ salib".
Aksiya zamanı saxlanılan olmayıb.