Prezident bu gün istefa verə bilər

prezident-bu-gun-istefa-vere-biler
Oxunma sayı: 634

Məlumatı Belqraddakı B92 telekanalı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Serbiya parlamentinin spikeri Slaviça Cukiç-Deyanoviçin yeni prezident seçkilərin mayın 6-na - parlament və yerli seçkilərlə eyni günə təyin edəcəyi gözlənilir

Analitiklərin fikrincə, Boris Tadiç rəhbəri olduğu Demokrat Partiyasını parlament seçkilərində irəliyə aparmaq üçün yenidən namizədliyini irəli sürəcək. Onun partiyası sorğuların lideri deyil. Amma seçicilər prezident seçkilərində Boris Tadiçə səs versə, güman olunur ki, həm də parlament seçkiləri bülletenində partiyasının qarşısına işarə qoyacaq. Bundan başqa, seçkilərin eyni günə təyin edilməsi ilə büdcə vəsaitinə qənaət edilməsi faktı da Demokrat Partiyası üçün əlavə impuls ola bilər.

Serbiyada növbəti prezident seçkiləri bu ilin sonunda keçirilməlidir. Serbiya prezidenti beş il müdcdətinə seçilir. Eyni adam bu vəzifəyə iki dəfə seçilə bilməz. Amma Boris Tadiçlə bağlı vəziyyət fərqlidir. Belə ki, o, ilk dəfə prezident vəzifəsinə başqa bir ölkənin - Serbiya və Çernoqoriyanın ittifaqı dövründə seçilib.

anspress