Prezident: “Bu qərarların həyata keçirilməsi hələ mümkün olmayıb”

prezident-bu-qerarlarin-heyata-kecirilmesi-hele-mumkun-olmayib
Oxunma sayı: 663

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumdakı çıxışında deyib. Onun sözlərinə görə, rəsmi Bakı münaqişənin yaxın gələcəkdə həllini tapacağına, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpa ediləcəyinə ümid edir. Dövlət başçısının fikrincə, bunun üçün kifayət qədər güclü hüquqi zəmin mövcuddur.

Prezident bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalı olduğu göstərilir. Bundan başqa, BMT-nin Baş Məclisi qətnamə qəbul edib: “Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurası, ATƏT, yəni bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi gücləndirərək münaqişə ilə bağlı çox dəyərli qərarlar və qətnamələr qəbul ediblər. Ancaq əfsuslar olsun ki, bu qərarların həyata keçirilməsi hələ mümkün olmayıb. Yenə də deyirəm, bütün çətinliklərlə bərabər, bu, böyük humanitar fəlakət idi. Çünki adambaşına düşən qaçqınların sayına görə, əfsuslar olsun ki, Azərbaycan dünyada birinci yerdədir”.

“Bu münaqişəyə tezliklə son qoyulmalıdır və vətəndaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Bu onların hüququdur, elementar hüququdur. Nəhayət, ədalət bərpa edilməlidir”, - dövlət başçısı bildirib.