Prezident dağlara qalxdı – Fotosessiya

prezident-daglara-qalxdi-fotosessiya
Oxunma sayı: 646

Türkiyə prezidenti Abdulla Gülün sərhəd bölgələrinə zəfəri bu gün başa çatıb. “Qafqazinfo”nun Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, İraqla sərhəddə yerləşən Çukurcada Bayraq vermə mərasimində iştirak edən Gül bayrağı öpərək onu briqada generalı Salih Karataşa təslim edib: “Türk ordusu tarix boyu dünyaya örnək olan tərzdə bayrağını qoruyub, onu ucaltmaq üçün uğrunda sevərək şəhid olubdur. Sizin də onun tərtəmiz, parlaq və əsl rənginə ləkə gətirməyəcəyinizə əminəm”. Daha sonra Şırnaq bölgəsinə yola düşən Gül əsgərlərlə söhbət edib və onlara hədiyyələr paylayıb.

Bazada yerləşən, Türkiyə istehsalı olan və minalara qarşı dayanıqlı “Kirpi” adlanan hərbi maşına minən prezident top atışını izləyib, eyni zamanda əsgərlərlə birgə nahar edib.

Səidə