Prezident DİN işçilərinin maaşını artırdı

prezident-din-iscilerinin-maasini-artirdi
Oxunma sayı: 683

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan prezident Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.