Prezident Eldar Mansurovla bağlı sərəncam verdi - Yenilənib

prezident-eldar-mansurovla-bagli-serencam-verdi-yenilenib
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Prezidentin digər sərəncamı ilə Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətləri olan Axundov Ağamusa Ağası oğlu və Hacıyev Tofiq İsmayıl oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Babayev Mirvan Baba oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

***

Bu gün prezident həmçinin Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Rüstəmov Hidayət Cahangir oğluna “Əməkdar Mühəndis” fəxri adının verilməsi barədə sərəncam imzalayıb.