Prezident “Euronews”a maraqlı açıqlamalar verdi

prezident-euronewsa-maraqli-aciqlamalar-verdi-
Oxunma sayı: 864

İlham Əliyev deyib ki, danışıqlar prosesi vasitəçilərin tərəflərə təqdim etdiyi və beynəlxalq aləmdə qəbul edilən prinsiplərlə üst-üstə düşən baza prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, bu, ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququdur. Azərbaycanın dövlət başçısı bildirib ki, bu prinsiplər mübahisə obyekti deyil və sülh razılaşmasına daxil ediləcək qədər vacibdir.

Müxbirin “Erməni qoşunları Dağlıq Qarabağdan çıxarılacağı təqdirdə Azərbaycan nə təklif etməyə hazırdır? Siz bunun əvəzində nəsə təklif edəcəksinizmi?” sualına belə cavab verib: “Biz özümüzə məxsus olan şeyin qarşılığında nəsə təklif etmək niyyətində deyilik. Dağlıq Qarabağ qədimdən Azərbaycana məxsus olub və beynəlxalq aləm onu Azərbaycan ərazisi kimi tanıyır. Uzun illər ərzində Azərbaycanın mövqeyi aydındır. Şəxsən mən dəfələrlə bəyan etmişəm ki, biz yalnız sülh şəraitində Dağlıq Qarabağ sakinlərinə ən geniş müxtariyyətə təminat verməyə hazırıq”. Azərbaycan Prezidentinin sözlərinə görə, muxtariyyət məsələsi gələcək danışıqların predmeti ola bilər. “Düşünürəm ki, Avropada mövcud olan müsbət muxtariyyət nümunələri bizə yarıdm edə bilər. Çünki yeni nəsə düşünmək çətindir. Bizim üçün Avropa ölkələrində yaxşı nümunələr var”, - deyən İlham Əliyevin sözlərinə görə, buna İtaliya və Tirolu nümunə göstərmək olar. Dövlət başçısı bəyan edib ki, Azərbaycan böyük maliyyə imkanlarına malikdir və Bakı üçün Dağlıq Qarabağda ciddi iqtisadi və siyasi inkişaf proqramlarına başlamaq o qədər də böyük problem deyil”.

Azərbaycan Prezidenti deyib ki, bir müddət əvvələ qədər Ermənistanda status-kvonu istədikləri qədər saxlaya biləcəkləri barədə rəy mövcud olub və onlar mümkün olduğu qədər buna nail olublar: “Lakin son aylar hadisələrin inkişafı göstərdi və Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya, Fransa bəyanatla çıxış etdilər ki, status-kvo qəbul edilməzdir. Son ayların hadisələri bu cürdür. Dünyada aydın şəkildə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi donmayıb. Atəşkəs də çox kövrəkdir. Atəşkəsin daim pozulması hamıda - Azərbaycanda, Ermənistanda, dünya ictimaiyyətində böyük narahatlıq yaradır”.

İlham Əliyev deyib ki, son illər Ermənistan və Azərbaycan arasında qüvvələr balanının radikal şəkildə dəyişməsi də vacib amildir. O bildirib ki, Azərbaycanın dövlət büdcəsi Ermənistanın büdcəsinin 10 dəfə qabaqlayır. “Reallıq budur. Vaxt keçdikcə, iki ölkə arasındakı bu fərq yalnız artacaq”.

“Euronews”un Dağlıq Qarabağ münaqişəsi ilə bağlı süjetində Ermənistan prezidenti Serj Sarkisyanın da fikirlərinə yer verilib. Onun sözlərinə görə, dünya ictimaiyyəti yorulub və tərəflərdən cavab istəyir: “Onlar anlamaq istəyirlər ki, maraqlı tərəflər əsas prinsiplərə əsaslanan həll yolunu axtmarmağa hazırdırlarmı? Onlar bizə deyirlər? “nəhayət ki, “hə”, ya da “yox” deyin, bundan artıq ləngitməyin”. Ümid edirik ki, cavab Kazan görüşündə veriləcək”.