Prezident FHN-ə 10 milyon manat ayırdı

prezident-fhn-e-10-milyon-manat-ayirdi
Oxunma sayı: 656

“Qafqazinfo” prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan prezident Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıb:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın, o cümlədən 6,0 (altı) milyon manat yanğından mühafizə bölmələri üçün xüsusi təyinatlı nəqliyyat vasitələri və 4,0 (dörd) milyon manat fərdi mühafizə vasitələrinin alınması üçün.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.