Prezident Füzuliyə 7 milyon manat ayırdı

prezident-fuzuliye-7-milyon-manat-ayirdi
Oxunma sayı: 655

Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə,sərəncamda 16 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulur.