Prezident həyat yoldaşından danışarkən ağladı

prezident-heyat-yoldasindan-danisarken-agladi
Oxunma sayı: 667

Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, 58 yaşlı Fernandes ötən il dünyasını dəyişmiş əri, sabiq prezident Nestor Kuşnerdən danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Bu gün asan gün deyil. Sevincimə rəğmən, bəxtəvər günümdə ərimin yanımda olmaması məni kədərləndirir", - Fernandes deyib.

Fernandesin çiyninə prezident lentini qızı Florensiya taxıb.

Ötən ay keçirilmiş seçkilərdə səslərin 55 faizini qazanan Fernandes 1973-cü ildən bəri Argentinada ən çox səslə qalib gəlmiş ilk dövlət başçısıdır.