Prezident iftar mərasimində - Foto

prezident-iftar-merasiminde-foto
Oxunma sayı: 633

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. “Qafqazinfo”nun məlumatına görə, iftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Şeyxülislam Allahşükür Paşazadə, həmçinin mərasimdə iştirak edən din xadimlərinə də təşəkkür etdi.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev mərasimdə çıxış edərək Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırdılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra iftar süfrəsi açıldı.