Prezident istefa verdi - Macarıstanda

prezident-istefa-verdi-macaristanda
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, prezident Pal Şmitt doktorluq dissertasiyası ilə bağlı yaranan qalmaqaldan sonra belə bir qərar verib.

Xatırladaq ki, keçən həftə Budapeştin Tibb və İdman universitetinin elmi şurası Macarıstan prezidentini plagiatda ittiham edərək doktorluq təqaüdündən məhrum etmişdi. Şura hesab edib ki, prezident dissertasiyasının 80 faizindən çoxunu 1987-ci ildə bolqar əsilli idman professoru Nikolay Georgiyevin yazdığı dissertasiyadan köçürüb.

Səidə