Prezident istefa verdi

prezident-istefa-verdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, polis qiyamından sonra istefa vermək məcburiyyətində qalan prezident ordu qərargahında gizlənir.

Muhemmed Naşid ikinci gün səhər yüzlərlə polisin rejim əleyhinə aksiyaya başlamasından sonra nümayişçilərdən qorunmaq üçün ordu qərargahında gizlənib.

İstefaya getməyə razılıq verən Naşid prezident səlahiyyətlərini müavini Vahid Hassana həvalə edib.

Polislər dövlət yönlü MNBC telekanalını da ələ keçiriblər. Hazırda telekanalda haırki rejimi devirməyə çağıran müxalif qüvvələrin verilişləri yayımlanır.
Etiraz aksiyası Maldivlərdə prezident Naşidin 3 həftə əvvəl cinayət məhkəməsinin rəhbəri Abdulla Məhəmmədin həbsi ilə bağlı verdiyi əmrdən sonra başlayıb. Qeyd edək ki, o, eks-prezidentin sərəncamlarını icra etməkdə ittiham olunurdu.

Səidə