Prezident Kosntitusiya Şurasının qərarına veto qoydu

prezident-kosntitusiya-surasinin-qerarina-veto-qoydu
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, bu barədə yanvarın 10-da dövlət başçısının rəsmi saytında xəbər verilib. Qeyd edək ki, Konstitusiya Şurasının qərarı Janaozendə parlament seçkilərini keçirməyi qadağan edirdi.

Açıqlamada vurğulanır ki, Nazarbayev Janaozen sakinlərinin səsverə hüquqları ilə bağlı narahatlığını nəzərə alıb. Konstitusiya Şurasının qərarına veto qoymağın səbəbi kimi Janaozen sakinlərinin “dövlət hakimiyyəti orqanlarına və yerli muxtariyyətlərə seçmək və seçilmək üçün konstitusiya hüququnun olması” göstərilir.

Yanvarın 6-da Konstitusiya Şurasının sədri İqor Roqov bəyan etmişdi ki, Janaozendə fövqalədə vəziyyət olduğu üçün bu şəhərdən olan seçicilər parlament seçkilərində iştirak edə bilməyəcəklər. O, bu qərarı seçkilərin stabil və təhlükəsiz qaydada keçirilməsi ilə izah etmişdi.

Qeyd edək ki, Janaozendə fövqəladə vəziyyət yanvarın 31-dək davam edəcək. Qazaxıstan Məclisinə və yerli idarətemə orqanlarına seçkilər isə yanvarın 15-ə təyin olunub.