Prezident Leyla Əliyevaya medal təqdim etdi

prezident-leyla-eliyevaya-medal-teqdim-etdi
Oxunma sayı: 717

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli Sərəncamı oxunub. Dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İosif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova “Dostluq” ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə “Tərəqqi” medalını təqdim edib.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb. Sonda xatirə şəkli çəkdirilib.

Nərgiz Ehlamqızı